Rusiyanın XAOS PLANI: Şiddətli şəkildə bombalanacaq -

“İrimiqyaslı müharibə baş versə, bu Ukraynanın şiddətli bombalanması ilə nəticələnəcək”.

Metbuat.az xəbər verir ki, rusiyalı hərbi ekspert Arkadi Babçenko Donbassdakı vəziyyətlə bağlı feysbuk hesabındakı təhlilində belə yazıb. O bildirib ki, Rusiya Ukraynaya qoşun yeritmək məcburiyyətində deyil. Ekspert hesab edir ki, Rusiyanın məqsədi Ukraynada xaos yaratmaqdır. Hava hücumları nəticəsində baş verən şiddətli partlayışlar Ukraynadan Avropaya qaçqın axınına, xaosa, hökumətdə hərc-mərcliyə yol açacaq.

Ekspertə görə, bu vəziyyət Qərbi narahat edəcək və Qərb Ukraynada rusiyameyilli hakimiyyətin qurulmasına razılıq verəcək.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR