Təcili Yardımın baş həkimi:

''Biz ağır hallarla məşğuluq. Adından da göründüyü kimi, təcili tibbi yardım göstəririk''.

Metbuat.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev modern.az-ın suallarını cavablandırarkən deyib.

Pandemiya dövründə təcili yardımın təşkili ilə bağlı şikayətlərlə aydınlıq gətirən baş həkim qeyd edib ki, təcili yardım yaxma götürüb, onun daşınmasını təmin edib laboratoriyaya çatdıracaqsa, bəs vəzifə borcunu nə vaxt yerinə yetirəcəkdir.

''Yazırlar, danışırlar, bəs təcili yardımın görməli işi kimdən tələb edək biz? Qeyd olunanlar ilkin səhiyyə xidmətlərinin funksiyalarına daxildir.

Əgər hansısa xəstə hərarəti 38-ə çatmadığı halda, təcili tibbi yardım çağırıbsa, digər ağır xəstənin haqqına girmiş olub. Digər tərəfdən diaqnoz məqsədilə təcili tibbi yardım çağırılması harada görülüb? Axı analiz götürmək təcili tibbi yardımın vəzifə borcu deyil. Çox güman ki, bu ittihamla çıxış edənlər təcili tibbi yardımın mahiyyətini anlamıralar. Və bunu başa düşməyən həkimlər də insanları yanlış yönləndirirlər. Həmin həkimlərin hamısı gizli şəkildə evlərdə COVID-li xəstələrin müalicəsilə məşğuldurlar.

Sahə həkimləri var, hansı ki, indi ailə həkimləridirlər. Bir də var təcili yardım. Biz vəzifə funksiyalarını çaşdırmamalıyıq. Kimsə bunu bilmir və bu tələbi qoyursa, o demək deyil ki, onun tələbi qanundur. Adından da göründüyü kimi, təcili yardım təcili hallar - infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR