Fransız tarixçidən soyqırım açıqlaması:

Fransız tarixçi Vinsent Dukler ölkəsini Ruandada törədilən soyqırım vaxtı yürütdüyü siyasət səbəbilə üzr istəməyə çağırıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Fransa soyqırım vaxtı şiddət sərgiləyərək müstəmləkə siyasəti yürüdüb. Tarixçi bildirib ki, Fransanın soyqırımın törədilməsində böyük məsuliyyəti var. “Paris qətliamları təşviq edən rejimə dəstək verdi” deyən Dukler vurğulayıb, Fransa hökuməti soyqırımın törədiləcəyini bilsə də buna mane olmayıb.

Qeyd edək ki, Dukler Ruanda soyqırımının araşdırılması üçün qurulan komissiyanın sədridir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR