Hikmət Hacıyev: "Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsidir".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

Prezidentin köməkçisi qeyd edib ki, işğaldan azad edilən Şuşa şəhəri daxil olmaqla, digər ərazilərimizdə maddi və mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb:

“Hesab edirəm ki, bu həqiqətlərin daha geniş dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səylərlə çalışmalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR