Mərdəkanda atışma olub,

Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 11-i gecə saat 02 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında 9 nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib.

N.Səfərov Ə.Məmmədovu söyüşlə təhqir edərək evindən çıxıb küçəyə gəlməyə səsləyib. Bu zaman Ə.Məmmədov tüfənglə havaya 3 dəfə atəş açıb və qırmalardan bir neçəsi N.Səfərova dəyib.

Nurməmməd Səfərov xəsarətlər xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri – 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar Quliyev, 42 yaşlı Ceyhun Abbasov, 35 yaşlı Nəsib Quluzadə, 29 yaşlı Əziz Sadıqov, 24 yaşlı İsmayıl Məmmədov, 23 yaşlı Xeyrulla Səfərov, Fikrət Tağıyev və 21 yalı İzzət Məmmədli saxlanılıb.

X.Səfərov N.Səfərovun qardaşıdır.

Əli Məmmədovdan “Churchill” markalı ov tüfəndi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR