Tarixi anlar: Helikopter Marsda ilk uçuşunu həyata keçirdi -

NASA-nın Marsa göndərdiyi “İngenuity” helikopteri tarixi uğura imza atıb.

Metbuat.az xəbər verir ki, “Perseverance” aparatı ilə Marsa göndərilən helikopter planetdə ilk uçuşunu həyata keçirib. Tək mühərrikli helikopterin uçuşu zamanı xoşagəlməz hal baş verməyib. Qeyd edək ki, helikopterin uzun müddət havada qalmaq və yüksək məsafədən uçmaq kimi tapşırığı olmayıb. Uçuş ilk olduğundan test məqsədi daşıyıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR