Qiyamət günü oruc tutanların mükafatı nə olacaq? - İllahiyyatçıdan AÇIQLAMA

Metbuat.az-n yeni layihəsi olan ''Ramazan-i Şərifdə'' müqqədəs ayda doğru bilinən yalnışları, düzgün qidalanma qaydalarını,həmçinin gündəlik dualar barədə xəbərdar ola bilərsiniz.

İllahiyyatçı Hacı İlham Məhərrəmli 11 ayın sultanı olan bu Ramazan günlərində hər gün üç sualı cavablandırıb oruc tutan şəxsləri məlumatlandıracaqdır.


Qiyamət günü oruc tutanların mükafatı nə olacaq?

''Bismillahi Rəhmani Rəhim! İslam peyğəmbərinin belə bir hədisi var. Cənnət dörd nəfərin həsrətini çəkər. Onlardan biri də Ramazan ayında oruc tutan şəxslərdir. Əgər bir insan Allahın buyurduğu qayda və qanunlara uyğun olaraq namaz qılıb oruc tutarsa cənnət onun üçün darıxacaqdır. O şəxs xoşbəxt insandır ki, cənnətə daxil olmağı olduğu məkanı gözəlləşdirəcəkdir''.

Bütün gün oruc tutduqdan sonra, iftarda istənilən yemək yeyilə bilər?

''Hər bir insan iftar zamanı halal sayılacaq bütün yeməkləri yeyə bilər. Din bu baxımdan hər hansı bir qadağa qoymur. Amma çalışmaq lazımdır ki, mədəyə ağırlıq verməyən, nisbətən daha yüngül yeməklərə üstünlük verilsin''.

Orucluqda bu qidaları birlikdə yeməyin - Ramazanda etdiyimiz səhvlər |  TurpKimi.com

Oruc tutub lakin namaz qılmayan adamın orucu qəbuldurmu?

''Əlbəttə qəbuldur. Vacibatlar bir-birindən fərqlənir. Bir insan namaz qılmayıb oruc tutarsa onun orucu qəbuldur. Yaxşı olardı ki, namazla oruc birlikdə icra edilsin amma bu heç də o demək deyil ki, mütləq birlikdə edilməlidir. Namaz və oruc tutmaq ayrı-ayrılıqda başqa-başqa icra edilməsi gərəkən vacibatlardır. Ramazan ayında oruc tutan hər bir insanın orucu namaz qılmasa da qəbul sayılır''.

Ramazan ayının 9-cu gününün duası:

"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!"

Allah orucunuzu qəbul etsin!

Hazırladı: Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI