Oruc tutmayan müsəlman Qiyamət günü HESAB VERƏCƏKDİR - İlahiyyatçıdan ŞƏRH

“Ramazan-i Şərif”də, müqəddəs ayın 10-cu günündə İllahiyyatçı Hacı İlham Məhərrəmli iki mühüm sualı cavablandırıb.

Metbuat.az həmin müsahibəni təqdim edir.

Ramazanda acıqlı gəzib, əsəbi olan və bunu tez-tez dilə gətirən insanlar nədən xəbərsizdirlər?

Ramazan ayı başladı - Modern.Az Azərbaycan və dünya xəbərləri

“Bismillahir Rəhmani Rəhim. Allahın rəhmət, bərəkət, məxfirət ayında oruc tutan şəxslər bu ayın gözəlliyini dərk etsələr, onlar həmişə gülərüzlü gəzərlər. Mənəviyyatlarını inkişaf etdirib, Ramazan ayında oruc tutduqları üçün çox sevinərlər. Əgər bir şəxs ki, oruc tutub amma acıqlı halda gəzir, hər kəsi acılayır demək o şəxs bu ayın fəzilətini anlaya bilməyib. Onlar bilsələr ki, yatmaqları, nəfəs almaqları belə ibadət sayılmaqla bərabər oxuduqları Qurani-Kərimin bir ayəsi bir xətm sayılır o zaman, mübarək ayda xoş üzlə gəzib insanlarla da mehriban davranarlar”.

Heç vaxt oruc tutmayan adam günahkardırmı?

İlk oruç ne zaman tutulacak? 2020 Ramazan Bayramı ne zaman? - Ajansspor.com

“Allah-Təala "əl-Bəqərə" surəsinin 183-cü ayəsində buyurur ki, "Ey imanı olanlar, sizlər üçün oruc tutmaq yazılmışdır". Oruc tutmaq Allahın vacib saydığı əməllərdən biridir. Bir müsəlmanın mübarək ayda oruc tutmaması onu günahkar edir. O, qiyamət günü Allaha cavab verəcəkdir. Əgər bəndə üçün Ramazan ayında oruc tutmaq çətindirsə o buna görə “mud” verməlidir. (Yəni hər gün 750 qram buğda və arpanın pulunu bir kasıb ehtiyacı olan şəxsə verməlidir). Allah Təala, bu iki vəziyyətdə, “xəstə” və “səfərdə” olan insana oruc tutmama rüxsəti vermişdir. Əslində bunlar da öz vəziyyətlərinə baxaraq, ona görə qərar verə bilərlər.

Hamilə qadınlar, südverən analar, ciddi xəstəliyi olan şəxslər, ahıl adamlar Ramazan ayında oruc tutmağa çətinlik çəkərlərsə tutmaya bilərlər. Amma onlar da mud verməklə bir kasıb ailəni sevindirə bilərlər. O şəxs ki, sağlamdır, heç bir sağlamlıq problemi yoxdur amma oruc tutmaq istəmir, həmin şəxslər Tanrı qarşısında günahkardırlar”.

Ramazan ayının 11-ci gününün duası:

"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".

Tərcüməsi:

"İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!"

Allah orucunuzu qəbul etsin!

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı