x
Loading...
.

Karlos Fuentesin "Seçilmiş əsərləri"nin onlayn təqdimatı keçiriləcək - FOTO

.

Aprelin 21-də Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

Metbuat.az xəbər verir ki, görüş zamanı dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Seçilmiş əsərləri” (ADTM) kitabının Meksika ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması sahəsinə əlamətdar töhfə olduğu və kitabın yaxın günlərdə Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsilə onlayn videokonfrans – təqdimatının keçiriləcəyi bildirilib.

Xuan Rodriqo Labardini Flores: “Azərbaycanda Meksika ədəbiyyatına verilən bu dəyər tanınmış Meksika yazıçılarının əsərlərinin belə yüksək səviyyədə nəşri bizi, sözün əsil mənasında təsirləndirir. Dövlət Tərcümə Mərkəzinin yaxın günlərdə ərsəyə gətirdiyi bu son nəşr isə mənim özümü də Karlos Fuentesin kitabda yer almış “Artemio Krusun ölümü” və “Aura” romanlarını yenidən oxumağa vadar etdi. Əsərlərin tərcümə keyfiyyəti ekspertlərimiz tərəfindən yüksək dəyərləndirilib. Bu əlamətdar hadisəyə görə bir daha Mərkəzə dərin minnətdarlığımızı bildirirəm”.

Daha sonra səfir Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması istiqamətində Nikaraquanın “Karatula” (Carátula), Venesuelanın “Poeziya” (Poesía) jurnallarının, eləcə də Meksika Milli Universitetinin (Universidad Nacional Mexico (UNAM) “Poeziya” (Poesía) qəzetinin bu sahədə Mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR