Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və İzmir Təhsil İdarəsinin rəhbərliyi arasında onlayn görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, BŞTİ-nin və İzmir Təhsil İdarəsinin struktur bölmə rəhbərləri iştirak ediblər.

Qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdıran BŞTİ-nin müdiri Mehriban Vəliyeva görüşün keçirilməsində əsas məqsədin qardaş ölkə olan Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və Bakı şəhəri ilə İzmir şəhərinin ümumi təhsil müəssisələri arasında münasibətlərin qurulmasından ibarət olduğunu bildirib. İdarə müdiri səmərəli təcrübə mübadiləsi çərçivəsində ümumi təhsilin inkişafına dair belə görüşlərin davamlı təşkilinin zəruriliyindən bəhs edib.

BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ö.Yahşi iki il öncə Bakıda olan görüşlərindən məmnunluqla söz açıb, ümumi uğurlarımız üçün təhsilin inkişafına və dünyanın inkişaf çağırışlarına xüsusi diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı iki şəhərin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, ümumi təhsil sahəsindəki perspektiv əlaqələrə dair səmərəli fikir mübadiləsi aparılıb, atılacaq addımların müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR