Özcandan keçmiş arvadı haqda gözlənilməz sözlər

Müğənni Özcan Deniz qarşılıqlı şiddət və vəlayət davası açdığı keçmiş xanımı Feyza Aktan haqqında qalmaqallı sözlər deyib.

Metbuat.az xəbər verir ki, ifaçı onu oğlunu qaçırmaqda günahlandıran Feyzanı xəstə adlandırıb. O bildirib ki, keçmiş arvadının psixoloji problemləri var.

Özcan Aktanın on gündür oğlunu ona göstərmədiyini bildirib. 3 yaşındakı Kuzey ad günün tək qeyd edən Özcan "Bənzər halda olanlar, medea kompleksini internetdən araşdırıb oxusunlar. Türkiyə bu xəstəliyi olanların ucbatından qüsurlu uşaqlar ölkəsi oldu" sözlərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR