Braziliyada müəllim və şagirdlər qətlə yetirildi

Braziliyanın Santa Katarina ştatında məktəblərin birində dəhşətli qətl törədilib.

Metbuat.az xəbər verir ki, yeniyetmə siniflərin birində iri bıçaqla müəllim və şagirdlərə zərbələr endirib. Nəticədə müəllim və 3 şagird ölüb. Hadisəni törədən şəxs saxlanılıb.

Ölənlərin və saxlanılan şəxsin yaşı hələlik açıqlanmır.

Hadisənin səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR