Samux sakini naməlum şəxs tərəfindən

Samux rayon sakini naməlum şəxs tərəfindən açılan atəş nəicəsində güllə yarası alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.
Samux sakini Abdullayev Abdul Vaqif oğlu qarın nahiyəsindən güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Rayon Polis Şöbəsindən hadisənin baş vermə səbəblərinin araşdırıldığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR