Bir neçə gün öncə "Covid-19"a yoluxan Əməkdar artist Mətanət İsgəndərlinin səhhəti yaxşıdır.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında bildirib:

"Hər gün onunla əlaqə saxlayıram. Hazırda vəziyyəti yaxşıdır, müalicəsi davam edir. Mətanət İsgəndərli ölümdən döndü".

Xatırladaq ki, bir neçə gün əvvəl M.İsgəndərli və oğlu Kərim COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib.