Məktəbdə qətliam törədən 19 yaşlı şəxs barədə dəhşətli faktlar -

Məktəbdə qətliam törədən 19 yaşlı İlnaz Qalyaviyev barədə dəhşətli faktlar açıqlanıb. O necə oldu ki, belə bir dəhşətli qətliamı törətdi. Nəticədə 7 məktəbli, 1 müəllimə öldü, 30-a yaxın insan isə yaralandı.

Metbuat.az xəbər verir ki, qətliam törətdikdən sonra müqavimət göstərmədən polisə təslim olan 19 yaşlı gənc polis bölməsində etdiyi hərəkətdən peşman olmadığını dilə gətirib.

Polis bölməsinə gətirilib qəfəsə bağlanılıb, ona fiziki zor tətbiq edilsə də, sakitləşməyəcəyini və etdiklərindən peşman olmadığını bildirib.

19 yaşlı gənc polisdə bunları deyib: “Təxminən iki ay əvvəl özümü Tanrı kimi dərk etdim.

Yazda içimdə bir yırtıcı canavar oyanmağa başladı. Həmişə hamıdan nifrət etmişəm və hamıdan daha çox nifrət etmişəm. Bunu heç kim mənə demədi, mən özüm anlayaraq, şüurlu şəkildə etdim”.

Qeyd edək ki, bir müddət sosial şəbəkədə də paylaşmasında özünün Allah hesab etdiyini, hamının onun qulu olmasını və hər kəsin 10 nəfər öldürməsini əmr edərək, həyatda canlı varlıq qalmamasını istəyib.O həmçinin bildirib ki, dünyaya insan cildində gələrək hamını “xilas” edəcək.

O sosial şəbəkədə paylaşdığl fotosunda da sifətindəki maskaya rusca "БОГ" (Allah ) kəlməsi yazılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR