x
Loading...
.

600 sakini olan kənd susuz qalıb - VİDEO

Siyəzən rayonunun Dağ Quşçu kəndinin 600 sakini olan uzun illərdir ki, susuzluqdan əziyyət çəkir.

Metbuat.az xəbər verir ki, kənddəki yeganə su mənbəyi olan bulaq tələbatın çox olduğu yaz və yay aylarında quruyur. Nəticədə sakinlər gündəlik suya olan tələbatlarını ödəmək üçün bir ayda 7-8 dəfə qat-qat baha qiymətə avtomobillərlə uzaq məsafədən su almalı olurlar.

Kənd icra nümayəndəliyindən isə bildirildi ki, problemin həlli ilə bağlı kənddə bir neçə yerdə subarteziyan quyusu qazılıb, amma su çıxmayıb. Bununla yanaşı aidiyyəti qurumlara da məlumat verilib. Kəndin su ilə təminatı üçün layihə də hazırlanıb, lakin maliyyə vəsaiti olmadığı üçün iş görülməyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR