Minik maşını yük avtomobilinə çırpıldı,

Bakı-Astara magistral avtomobil yolunun Biləsuvar rayonuna aid hissəsində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, magistralın 91-ci kilometrliyində hərəkətdə olan “Reno Meqan” markalı minik avtomobili “Tatra” markalı yük avtomobilinə çırpılıb. Sonra minik avtomobili yoldan çıxaraq beton maneəyə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Anar Kamil oğlu Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR