Hərbçi ağır silahlarla ordudan qaçdı -

Belçika ordusunda xidmət edən hərbçi ağır silahlarla fərarilik edib.

Metbuat.az xəbər verir ki, hakim dairələr radikal baxışa sahib olan hərbçinin qətliam törədə biləcəyindən ehtiyat edir. Bu məqsədlə hərbçinin ailəsi polis tərəfindən nəzarətə götürülüb. Bölgədəki məscidlər müvəqqəti bağlanıb. Hərbçinin qaçdığı avtomobil Limburq şəhəri yaxınlığındakı meşəlik ərazidə tapılıb.

Xüsusi təyinatlılar meşədə axtarışları davam etdirir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR