​Deputat həbsdə olan jurnalistin müdafiəsinə qalxdı

Deputat Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı Milli Məclisdə məsələ qaldırdı.

Metbuat.az Modern.az-a istiandən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı tanınmış jurnalist Niyaz Niftiyevin həbsdə saxlanmasına etiraz edib:

"Niyaz Niftiyev tanınmış jurnalistdir. Dəfələrlə mükafatlandırılıb. Prezident tərəfindən təltif edilib. Sonradan səhv edib, bələdiyyə üzvü, daha sonra bələdiyyə sədri seçilib. Qısa müddət keçdi, rüşvət aldığı iddia edilib.

O jurnalist 1 il 3 aydır həbsdədir, xəstə anası var. Hökm verilməyibsə, onu niyə həbsdə saxlayırsınız?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR