Həcc ziyarəti üçün şərtlər açıqlandı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün bu il 60 min yer ayırıb.

Metbuat.az xəbər verir ki, hökumətin açıqlamasına görə, xarici ölkələrdən 45 min zəvvar qəbul ediləcək. 15 min yer isə krallıqdakı zəvvarlar üçün ayrılıb. Şərtlərə görə, Həcc ziyarəti üçün koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edən və yaşı 18-60 arası olan şəxslər müraciət edə bilər.

Üstəlik xarici zəvvarlar 3 gün karantina saxlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR