İran Qarabağdan “PAY” istəyir:

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xəribzadə mətbuat konfransında bildirib ki, İran XİN başçısı Cavad Zərif yaxın vaxtlarda Azərbaycana və Ermənistana səfər edəcək.

Bəs İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifinin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir?

Metbuat.az xəbər verir ki, bu səfərin məqsədi barədə politoloq Elxan Şahinoğlu düşünür ki, nə olursa-olsun, Bakıda İranın Xarici İşlər nazirinə bu suallar verilməlidir:

Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

“Birinci sual odur ki, Tehran Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsindən niyə narahatdır? İkinci məsələ Tehranda görüntüləri yayımlanan İran yük maşınlarının Qarabağa keçişinin qarşısının alınmaması ilə bağlıdır. Üçüncü məsələ odur ki, niyə İran sərhədçiləri Azərbaycana narkotik keçirmək istəyən silahlı qruplarla mübarizəni gücləndirmir?”.

Politoloq bildirdi ki, hazırda İranda bütün diqqətlər prezident seçkisinə yönəlib. Ona görə postunu tərk etməyə hazırlaşan Zərifinin bölgəyə səfərinin konkret nəticələri olmayacaq.

“Bütün hallarda suallarımızı səsləndirməliyik ki, İranın növbəti prezidenti və Xarici İşlər naziri nədən narazı qaldığımızı indidən bilsinlər. Bizə o da aydındır ki, Ermənistan Azərbaycanla İran arasında problemlərin dərinləşməsini istəyir. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bunu İrandakı siyasi və ekspert dairələrinin anlaması lazımdır”.

Mövzuya münasibət bildirən siyasi şərhçi Samir Hümbətov Metbuat.az-a açıqlamasında vurğuladı ki, İran XİN başçısının Azərbaycana və Ermənistana səfərinin əsl məqsədi barədə məlumat verilməsə də, amma tərəflər arasında müzakirə ediləsi bir neçə məsələnin olduğunu demək mümkündür.

Müqavilənin şərtləri pozulursa, niyə o orada qalmalıdır?" POLİTOLOQDAN  AÇIQLAMA » www.DIASPOR.info

“Fikrimcə İran və Ermənistan arasında müzakirələrin əsasını 160 erməni terrorçusunun II Qarabağ savaşı zamanı İrana keçməsi və İran tərəfindən saxlanılması ola bilər. Eyni zamanda son günlər mətbuatda İran-Ermənistan əlaqələrinə dair yayılan məsələlər üzərində müzakirələrin aparılması ehtimalı da mümkündür. İran XİN başçısının Azərbaycana səfəri isə bəzi məsələlərin müzakirə ediləcəyinə diqqətləri yönəldir. Düşünürəm ki, II Qarabağ savaşından sonra İranın regionda oyundan kənar qalması İrandakı bəzi dairələr tərəfindən qəbul edilə bilmir. Hesab edirəm ki, İran yenidən bölgədə aktiv rol almaq niyyətindədir”.

Samir Hümbətov qeyd etdi ki, təsadüfü deyil ki, II Qarabağ savaşından sonra İran XİN başçısının bölgəyə ikinci səfəri olacaq. Onun sözlərinə görə İran həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidən qurma işlərində də aktiv rol almaq niyyətindədir. Nəhayət, İrandakı bəzi dairələr Türkiyənin regionda artan nüfuzunda çox narahatdırlar. Ona görə də müəyyən cəhdlərlə prosesə mane olmağa çalışırlar.

Mövzunun aktuallığı bir çox politoloqların diqqətində olduğu kimi məsələyə siyasi şərhçi Elman Vəliyev də münasibət bildirdi. Metbuat.az-a açıqlamasında Elman Vəliyev vurğuladı ki, İranın narahatlığı yeni açılacaq dəhlizdən kənar qalmaq və bu səbəbdən böyük maliyyə itkisi yaşamaq ehtimalından irəli gəlir. Təbii ki, Azərbaycanın İsraillə əlaqələrinin güclənməsi də İranın yuxularına haram qatır.


“Azərbaycana səfərində Zərif çalışacaq ki, əməkdaşlığı gücləndirsin. Baş verən proseslərlərdən kənar qalmasın. Qarabağda yenidənqurma işlərində İrana da yer verilməlisini dilə gətirəcək. Bölgədə Türkiyə, Rusiya həmçinin İsrailin də səsi İranın mövqeyindən daha çoxdu. Əks bir addım ilə İran təcrid oluna bilər.

Zərif həm də Ermənistana səfərində də əvvəlki dəstəyini yenidən bildirəcək. Ermənistana yardım təklifi təzyiqlərə görə rədd edilmişdi. Ermənistan İran üçün çox da vacib deyil. Sadəcə maraqlar naminə İran, Ermənistanla əlaqələr qurur. Həmçinin anlayır ki, belə fikri olsa, İsrail və digər anti-İran qüvvələri fürsətdən istifadə edə bilərlər”.

Politoloq deyir ki, İran çalışmalıdır ki, 11 Yanvar bəyanatının icrası baş tutsun. Bu bəyanatda Ermənistanın İranla da yolu müəyyən edilib. Yəni həm İran, həm də Ermənistan münasibətləri korlamağa çalışsa, bu onların özlərinə ziyan edəcək. Bunu hər iki tərəf yaxşı bilir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR