"Yaşma-yaşma deyirdi bizim əsgər onlara, güllə atırsan yenidən durub üstünə cumurdular" -

44 günlük müharibədə iştirak edən erməni əsgəri müharibə ilə bağlı xatirələrini "Armenian News" portalı ilə bölüşüb.

O, adını açıqlamaqdan və tanınmaqdan qorxduğu üçün müsahibə zamanı çəkilişə icazə verməyib.

Metbuat.az QalaNews-a istinadən xəbər verir ki, müsahibə zamanı müxtəlif sualları cavablandıran hərbi qulluqçu yalnız həqiqətləri söyləcəyini bildirib:

"Nə qədər acı olsa da, bu faktdır. Mən piyada bölüyündə Şuşa Kərkicahan istiqamətində döyüşmüşəm. Bu dəhşətli günlər idi. Bir daha həmin anları yaşamaq istəmərəm. Azərbaycan əsgərləri hər cəhətdən bizi üstələyirdi. Həm təchizatı həm döyüş üslubu, taktikası, texnikası bir sözlə hər şey ilə. Amma yalan deyə bilmərəm orada texnika görmədim. Qayalarnan qalxıb, aramıza sızmışdılar. Mən həmin döyüşdə sağ qalan yoldaşlarımla birlikdə geri çəkildim. Həmin ərazidə də, 1 gündən artıq qalmadıq. Ordan da, çıxdıq. Mənim silahım pulemyot idi. Gülləni üstlərinə səpirdim, yenə bizə tərəf gəlirdilər. Bizim döyüşə girdiyimiz qrup 20-25 nəfərlik qrup idi. Biz isə həmin istiqamətdə iki qrupa bölünüb yerləşmişdik. 54 nəfər idik. Bizdə həmin mövqedə iki tank var idi T 72. Bir BMP2 bizdən arxada mövqe tutmuşdu. Qayalardan dırmaşıb gəldilər səhərə yaxın olardı. İki qrupumuz da, sağdan soldan onları vururdu. Necə deyim, onlar adam deyillər, vəhşidirlər, əlbəyaxa döyüşüb əsgərlərimizi boğub öldürürdülər. Təsəvvür edin 3-4 metr yaxınlığımıza kimi gəlib çıxdılar, əlbəyaxa döyüş getdi. Bizim qrupda da, 30-a yaxın xüsusi təyinatlı idi. Onlarda da, əksəriyyəti xüsusi təyinatlı idi. Yaşma yaşma deyirdi bizim əsgərlər azərilərə. Silaha qarşı bıçaqnan, təpiklə, əlbəyaxa formada döyüşürdülər. Yaralıları var idi. Güllə atırsan yenidən durub üstünə cumur. Biz elkə bilki adi insanlara qarşı döyüşmürdük. Deyirəmdə vəhşidirlər. Biz orada iki tankımızın ikisini də itirdik. Vurdular. Bizim BMP-nin atəş dəstəyi ilə ərazidən çıxdıq. Oradan cəmi 7 nəfərlə çıxdıq. Həmin 7 nəfərin də, biri yaralı idi. Başa düşdük ki, döyüşməyin mənası yoxdur. Bizi də, öldürəcəklər. Amma kim təslim olurdusa atmırdılar. Əsir götürürdülər. Mən kontuziya almışam. Artıq 5 aydan çoxdur ki, qayıtmışam amma heç kim mənimlə maraqlanmır. Hara müraciət edirik, deyirlər ki, şükür elə ki, sağ qalmısan. Get işlə özün qazan. Deyirlər büdcədə pul yoxdur. Vəsait ayıra bilmərik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR