Tunisdə hərbi çevriliş iddialarının mətbuata sızması ilə yaranan gərginlik davam edir.
Metbuat.az xəbər verir ki, iddialara görə, hərbi çevriliş planını prezident Kais Səidin müşavirlərindən biri hazırlayıb. Sənədlər artıq mətbuata sızıb. Dövlət başçısı Baş naziri və Müdafiə nazirini qəbul edərək birgə açıqlama yayıb. Onlar hərbi çevrilişə qarşı birlik mesajı veriblər.
Anar Türkeş / Metbuat.az