“Qalatasaray” 2-1 hesabı ilə qələbə qazandığı derbidə “Fənərbaxça”nın üç ulduzlu loqosundan istifadə etdiyinə görə cərimələnib.

Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Qurumu İstanbul təmsilçisini 280 min lirə məbləğində cərimələyib. Buna səbəb “Rams Park”da keçirilən qarşılaşma zamanı qonaq komandanın üç ulduzlu loqosunun stadionun elektron tablosunda nümayiş etdirilməsi olub.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçmiş “Fənərbaxça”nın rəsmi loqosunda ulduz yoxdur. PFDK bu addımı qaydalara zidd hesab edərək klub barəsində cəza qərarı verib.