Zərdabda yol qəzası olub.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə, Ağdam sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "Kia Forte" markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və sərnişin qismində olan Ağdam sakinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarət alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.