“Fənərbaxça” rəhbərliyi Aykut Kocamanı yenidən komandaya gətirmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, prezident Aziz Yıldırımın rəhbərlik etdiyi idarə heyəti 61 yaşlı mütəxəssisi danışıqlar aparmaq üçün İstanbula dəvət edib. Yıldırımın ötən həftəki açıqlamaları da onun baş məşqçi postunda məhz Kocamanı görmək istədiyini ortaya qoyub. Məlumata görə, komandanı müvəqqəti olaraq Dirk Kuyta həvalə edən rəhbərlik, danışıqlardan müsbət nəticə əldə olunacağı təqdirdə Aykut Kocamanla anlaşacaq. Bununla da mütəxəssisin “Fənərbaxça”da üçüncü dönəmi başlaya bilər.
Qeyd edək ki, Aykut Kocaman 1988-1996-cı illərdə futbolçu kimi “Fənərbaxça”nın formasını geyinib. O, 2009-2010 mövsümündə klubda idman direktoru, 2010-2013 və 2017-2018-ci illərdə isə baş məşqçi vəzifəsində çalışıb. Mütəxəssis son olaraq 2021-ci ildə “Başakşehir” klubunu çalışdırıb.