Türkiyənin “Qalatasaray” klubunun nigeriyalı hücumçusu Viktor Osimen ikinci dəfə ata olub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçunun Stefanie ilə münasibətindən qız övladı dünyaya gəlib. Cütlük yeni doğulan körpəyə Liora Audrey adını verib.

Bu barədə “Qalatasaray” klubu da rəsmi məlumat yayıb. İstanbul təmsilçisinin açıqlamasında Viktor Osimen və Stefaninin qız övladlarının dünyaya gəldiyi bildirilib, cütlük təbrik olunub və körpəyə uzun, sağlam, xoşbəxt ömür arzulanıb.

27 yaşlı hücumçu ikinci dəfə ata olub. Onun ilk övladı Heyli 2022-ci ildə dünyaya gəlib.

Qeyd edək ki, Osimen hazırda “Qalatasaray”ın formasını geyinir və komandanın əsas hücum silahlarından biridir.