ABŞ-da yağış üçün dua

Bir müddətdir güclü quraqlığın yaşandığı ABŞ-ın Utah əyalətində maraqlı bir hadisə yaşanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Utah valisi, "Daha çox yağış suyuna ehtiyacımız var. İlahi müdaxiləyə ehtiyacımız var" deyərək, əyalət insanlarının onunla birlikdə yağış üçün dua etməyə çağırıb. Vali bu mesajında quraqlığın ölümcül yanğınlara səbəb ola biləcəyi xəbərdarlığını edib.

Daha əvvəl yağış üçün dua etmək barədə sənəd hazırlayıb yayımlayan Utah-ın səlahiyyətlisi, əyalətdəki quraqlıq səbəbiylə 13 May tarixində fövqəladə vəziyyət elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR