Uzun müddətdir itkin düşən ər-arvad GÖRÜN harada

22 gün əvvəl Türkiyənin Kayseri şəhərində itkin düşən 55 yaşlı Mehmet Turhan və boşandıqdan sonra birlikdə yaşamağa davam etdiyi həyat yoldaşı 52 Firdevs Öztürkün cansız bədənləri təndirdə torbanın içində tapılıb.

Metbuat.az DHA-ya istinadla xəbər verir ki, 19 may 2021-ci il tarixində yoxa çıxan Mehmed və Firdevsi uzun müddətdir polisin axtarışında idi. Tədqiqat nəticəsində cütlüyü tapmaq üçün onların yaxınları ilə əlaqə yaradılıb. İtkin düşən Mehmet Turhanın qardaşı Yusuf Turhanın ziddiyyətli ifadələrindən sonra məlum olub ki, öldürülən cütlük Yusuf Turhanın evinin yanında olan təndirə basdırılıb.

İçi betonlanmış təndiri, kürəklərin köməyi ilə sındıran polislər, Mehmet Turhan və Firdevs Öztürkün cansız bədənlərini bir kisənin içərisində aşkar ediblər.



Təndirdən çıxarılan cütlüyün cəsədləri yarılma üçün Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Mehmet Turhanın qardaşı Yusuf, həyat yoldaşı Nejla və oğlu Bedirhan Turhan cinayyət faktı ilə bağlı tutulub. Hazırda baş vermiş hadisə ilə bağlı tədqiqat işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR