Qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçən tələbələrin

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən Dizayn (14), Dekorativ sənət (15), Məşqçilik (61), Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap etməlidirlər.

İmtahana buraxılış vərəqəsi iyunun 11-dən etibarən abituriyentlərin qeydiyyatdan keçdikləri səhifəyə yerləşdirilib.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)