"Son zəng"dən sonra bıçaqlanma:

Ağstafada bıçaqlanma hadisəsi olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 2004-cü il təvəllüdlü O.Zeynallı həmkəndlisi 2004-cü il təvəllüdlü R.Bayramlıya üç bıçaq zərbəsi vurub.

İlkin məlumata görə, hadisəyə səbəb aralarından yaranan mübahisə olub.

Qeyd edək ki, kənd sakinlərinin hər ikisi Muğanlı kənd orta məktəbin məzunlarıdır.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR