Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin sabit saxlanılması haqqında qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB-nin məlumatında deyilir.

Qeyd edilir ki, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.

Faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR