"Zirə"dən ayrılan futbolçu bu kluba keçdi

"Zirə" klubundan ayrılan futbolçu Şəhriyar Rəhimovun yeni klubu bəlli olub.

Metbuat.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını "Səbail"də davam etdirəcək.

"Dənizçilər" Rəhimovla 1 illik müqavilə imzalayacaq. "Səbail" qapıçısı Nikolas Hagenlə də anlaşmağa çox yaxındır. Hazırda ölkəsində olan qvatemalalı qapıçı hansısa problem çıxmayacağı təqdirdə, 2021/2022 mövsümündə də paytaxt klubunun formasını geyinəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR