Dünya futbol tarixində Kriştiano Ronaldo yeni bir rekord təkrarlayıb.

Metbuat.az xəbər verir ki, futbolçunun Portuqaliya yığmasındakı qol sayı 109-a çatıb. Ronaldo AVRO-2020-nin Fransa ilə matçındakı dublla imza atıb. O, qol sayına görə, dünya rekordçusu iranlı Əli Daeiyə çatıb.

Ronaldo daha bir qol vursa, mütləq rekordçu olacaq.