Həkimə əl qaldıran qazinin istintaqı

İyunun 4-də Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovaya əlillik müddətinin bitməsi ilə bağlı komissiyadan keçirilən Şamayıl Mustafayev tərəfindən xəsarət yetirilməsi faktı ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Binəqədi rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, istintaqla Şamayıl Mustafayevin ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyənləşib.

Qeyd edilənlərlə bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

"Qarabağ qaziləri" İctimai Birliyinin bir müddət öncə yaydığı məlumatda bildirilmişdi ki, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev həqiqətən Qarabağ qazisidir:

Mustafayev Şamayıl vaxtilə 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqamətində döyüşüb, rabitə xidməti rəisi olub, yanına mərmi düşəndə ağır yaralanıb, kontuziya alıb.

"Hələ illər əvvəl Nəcməddin Sadıkovla dalaşıb, buna görə ordudan tərxis ediblər. 2016-cı ilin aprel döyüşlərindən sonra Müdafiə naziri Zakir Həsənovla görüşüb, öz sahəsi üzrə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb! Səhhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb".

Bir müddət öncə onun ikinci dərəcə əlillik təyinatı ləğv edilib. Onun barəsində “saxta müharibə əlili” ifadəsi işlədildiyindən özünü saxlaya bilmədiyi deyilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR