Koronavirus Şimali Koreya liderini qəzəbləndirdi:

Şimali Koreya lideri Kim Çen In hakim Əmək partiyasının bir neçə yüksək rütbəli üzvünü işdən qovub.

Metbuat.az xəbər verir ki, bu barədə dövlət agentliyi məlumat yayıb. Məlumata görə, həmin şəxslər önəmli qərarları diqqətə almayaraq, ölkənin və xalqın təhlükəsizliyi üçün təhlükə yaradıb. Açıqlamada təhlükənin nədən ibarət olduğu barədə məlumat verilməyib. Lakin xarici KİV-lərin iddiasına görə, dövlət agentliyinin “təhlükə” adlandırdığı hadisə koronavirus pandemiyasıdır. Koronavirusun Şimali Koreyada geniş yayılmağa başladığı ehtimal edilir.

Kim Çen In son çıxışında işdən qovulan şəxsləri tənqid edərək bacarıqsız adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR