690 bal yığan tələbə faciəvi şəkildə vəfat etdi -

Dünən Ali Məktəbimizin informasiya təhlükəsizliyi ixtisasının 3 - cü kurs tələbəsi Bəhmən Musayev faciəvi ağır yol qəzası nətisəsində dünyasını dəyişdi".

Metbuat.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkədə yazıb.

O bildirib ki, ölən tələbə 690 balla universitetə daxil olub:

"Bəhmən çox istedadlı, bilikli və bacarıqlı tələbələrimizdən biri idi.

O, 690 bal toplayaraq Ali məktəbimizə qəbul olmuşdur. Bu bütün BANM ailəsi üçün ağır itkidir. Mərhumun ailəsinə, yaxınlarına və BANM ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnətlik olsun".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR