Daha Qarabağın "bayrağını" asa bilmirik -

Siyasi analitik Qaqik Ambaryan Ermənistanın daha “Artsax” adında keçmiş qondarma qurumla bağlı əvvəlki davranışlar sərgiləyə bilməməsindən gileylənib.

Metbuat.az xəbər verir ki, erməni mediası Ambaryanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan haqqında iddialarını dərc edib. Analitik düşünür ki, kapitulyasiyadan sonra İrəvan Bakının dediyi ilə oturub durur:

"İyulun 9-da iki xain görüşdü- cəmiyyəti aldadan, 44 gün ərzində Qarabağı Azərbaycana qaytaran Nikol və onun Qarabağ klonu Arayik. Yayılan fotolardan belə bir fakt ortaya çıxdı ki, görüş zamanı Qarabağın "bayrağı" (Keçmiş qondarma rejim olan "Artsax bayrağı”-red.) asılmayıb".

Ambaryan qeyd edib ki, əslində burada təəccüblü bir şey də yoxdur. Çünki Azərbaycandan Paşinyana xəbərdarlıq olunub ki, o "Artsax"dan, yaxud da ümumilikdə Dağlıq Qarabağdan bəhs etməsin. Bu səbəbdən də Ermənistan rəhbəri "təlimat"a uyğun davranmaq məcburiyyətində qalıb.

"Yeri gəlmişkən, Azərbaycanın yeni inzibati ərazi bölgüsü nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Ermənistanı yeni fəlakətlər gözləyir",-erməni analitik xalqı üçün bədbin proqnozlar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR