Məşhur aktyor oğlu yaşda gənclə evləndi

Məşhur aktyor oğlu yaşda gənclə evləndi
21:05 18 Yanvar 2015
298 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın ən məşhur aktyorlarından biri, dramaturq Stiven Fray 27 yaşlı "sevgilisi", stəndap aktyoru Elliot Spenserlə evlənib.
 
Milli.Az bildirir ki, 57 yaşlı S.Fray bu barədə Twitter-dəki profilində yazıb.
 
"Spenserlə mən otağa iki müxtəlif insan kimi daxil olduq, amma bütöv, vahid nəsnə kimi çıxdıq. Möhtəşəmdir", - Fray yazıb. O, nikah mərasimindən fotonu da dərc edib.
 
"Təzə bəy"lə "gəlin"i Frayın dostu Hyu Lori təbrik edib.
 
57 yaşlı aktyorla komik 2014-cü ilin yayında tanış olsalar da, bu barədə mediaya noyabrda açıqlama veriblər.
 
Fray homoseksuallığıın çoxdan etiraf edib. O, 14 il birgə yaşadığı Deniel Koenlə 2010-cu ildə ayrılıb.
 
Stifen Frayda bipolayr pozuntular və kokain asılılığı var.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/50717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR