Təxribat baha başa gəldi:

"Nikol Paşinyanın təşəbbüsləri o qədər də ümidverici deyil".

Metbuat.az xəbər verir ki, bunu rusiyalı politoloq, postsovet məkanı üzrə ekspert Arkadi Dubnov "Kommersant" a açıqlamasında Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin zəruriliyinə münasibət bildirərkən deyib.

Dubnov əmindir ki, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilər yerləşdirmək ideyasına KTMT-dən konsensus yəni razılıq gəlməyəcək və Rusiya sərhədçilərinin bütün sərhəd boyunca yerləşdirilməsini Bakı bəyənməyəcək. Bundan əlavə, ekspert Ermənistan liderinin çox şey söyləyə biləcək açıqlamasının detallarına da diqqət çəkib.

"Nikol Paşinyan aydınlaşdırır ki, KTMT-dən müşahidəçi göndərmək mümkün deyilsə, onları ATƏT-dən olan müşahidəçilər əvəz edə bilər". İrəvan, açıq şəkildə hesab edir ki, Rusiyadan kənarda - məsələn, Parisdə və Vaşinqtonda müttəfiqləri var.

Dubnovun sözlərinə görə, KTMT mövzusuna toxunan Nikol Paşinyan, "2018 -ci ildə hakimiyyətinin əvvəlində olduğu kimi eyni dırmıq üzərində addımlayır".

Ekspert qeyd edib ki, Ermənistan lideri, o vaxt KTMT -nin baş katibi olan Yuri Xaçaturovun cinayət təqibinə başlayaraq, 2008-ci ildə İrəvan hərbi qarnizonuna komandanlıq etdi və Paşinyana görə müxalifətin mitinq iştirakçılarına qarşı qanunsuz güc tətbiqində iştirak etdi.

"Bu vəziyyət İrəvana heç bir fayda vermədi" deyən ekspert, "Vəziyyətdən çıxdıq, amma KTMT və Ermənistanın imicinə açıq şəkildə ziyan vurdu" deyib.

"Nikol Paşinyanın səhvini təkrar etdiyini anlayıb -anlamadığını bilmirəm, amma indiki çıxışları oxşar nəticələrə gətirib çıxara bilər” - Arkadi Dubnov fikrini belə tamamlayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR