"Real Madrid"in "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı bildirilib.
Metbuat.az xəbər verir ki, mövsümün sonunda Karlo Ançelottini istefaya göndərməyi nəzərdən keçirən rəhbərlik, onun yerinə Alonsonu gətirmək istəyir. İspaniya mətbuatının yazdığına görə, Çempionlar Liqasını və ya La Liqanı qazana bilməsə, Ançelotti istefaya göndəriləcək. Məlumata görə, Xabi Alonsonun “Real Madrid”ə gəlmək üçün müəyyən şərtləri var. “Don Balon”un məlumatına görə, Alonso komanda ilə bağlı bütün məsələlərdə qərar vermə səlahiyyətinin özündə olmasını istəyir. Bu, transfer qərarlarında prezident Peresin üstünlüyünü sarsıda biləcək tələb növüdür.
Xabi Alonsonun digər istəkləri Səudiyyə Ərəbistanında çıxış edən Aymerik Laportun transferi və Arda Gülerin komandada qalması ilə bağlıdır. Məlumata görə, bu 3 tələb yerinə yetirilməsə, ispan məşqçi “Real Madrid”in təklifini qəbul etməyəcək və onsuz da uğurlu olduğu “Bayer Leverkuzen” ilə yoluna davam edəcək.