ŞİDDƏTLİ TOQQUŞMA: Pakistana hücum edildi -

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətindəki nəzarət məntəqəsinə hücum olub.

Metbuat.az xəbər verir ki, terrorçular hərbçiləri atəşə tutub. Hücum Əfqanıstan ərazisindən edilib. Şiddətli toqquşma zamanı bir pakistanlı hərbçi həlak olub. 1 terrorçu məhv edilib. 3 silahlı isə yaralanıb. Hücumu həyata keçirən terrorçuların hansı qruplaşmanın üzvü olduğu məlum deyil.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR