Qusarda toy təşkilatçısı cərimələndi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Suvucal kəndində karantin rejim qaydalarının pozulmasının müşahidə olunduğu toy şənliyinin keçirilməsi müəyyən edilib.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR