Tarixdə ilk dəfə: BDU dünyanın ən yaxşıları sırasında yer aldı

Bakı Dövlət Universiteti dünyanın ən yaxşı universitetləri sırasında yer alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib:

"Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin reytinq qurumlarından olan "Times higher Education" 2022-ci il üzrə dünya universitetlərinin reytinqlərini açıqlayıb. Tarixdə ilk dəfə Bakı Dövlət Universiteti Dünya universitetlərinin reytinqi siyahısında yer alıb. Bu ilki siyahıda dünyanın ən nüfuzlu 1662 universitetinin adı var."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)