Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Milli Məclisin yaz sessiyasının son plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər barədə məsələ müzakirəyə çıxarılıb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov layihə barədə məlumat verib. Müzakirələrdən sonra Şuranın tərkibində dəyişikliklər barədə məsələ səsverməyə çıxarılıb.
Namizədlikləri Sahibkarlar Şurası tərəfindən irəli sürülən Vüqar Zeynalov, gənclər təşkilatları tərəfindən irəli sürülən Mirhəsən Seyidov, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Sevil Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.