Azərbaycan və Türkiyə orduları ilkə imza atdı:

“Türkiyə-Azərbaycan ordusu arasında həm hava, həm quru, həm də suda ən yüksək səviyyədə birgə hərbi təlimlərin keçirilməsi cənab Ali baş komandan İlham Əliyevin 44 günlük müharibə dövründə ordu quruculuğu sahəsində türk modelinə keçməklə bağlı verdiyi bəyanatın praktiki şəkildə həyata keçirildiyini göstərir”.

Bu açıqlamanı Metbuat.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücəl Karauz deyib. General bildirdi ki, hərbi təlimlər bir ordunun aldığı hərbi təhsilin son nəticəsi və ən üst səviyyəsidir. İki ölkənin ordusu arasında keçirilən təlimlər isə onlar arasında koordinasiyanı,dialoqu gücləndirir. Yücəl Karauz qeyd edib ki, hərbi təlimlərin məqsədi lazım olarsa, ortaq düşmənə qarşı birgə hərəkatı təşkil etməkdir.


“Bildiyiniz kimi,Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq haqqındakı müqavilələrə əsasən, Bakıda Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının birgə təlim-məşqlə həmçinin Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.Qeyd edək ki, Konya şəhərində hava qüvvələrimizin ortaq təlimi və Təkirdağın Gelibolu bölgəsində “qardaş briqada” layihəsi davam etməkdədir. Bildiyiniz kimi,10 noyabr Bəyannaməsinin şərtlərini Ermənistan hələ də yerinə yetirmir. Bölgədə sülhün və sabitliyin, iqtisadiyyatın həmçininsosial rifahın qorunması üçün iki qardaş ölkə arasında belə təlimlərin keçirilməsi böyük əhəmiyyət daşıyır”.


Yücel Karauz bildirib ki, Türkiyə və Azərbaycanın ilk dəfə eyni vaxtda bütün qoşun növləri ilə birgə hərbi təlimlərin keçirilməsi bir ilkdir. 30 illik işğaldan sonra Qarabağda –Laçında belə bir təlimlərin keçirilməsinin həm də siyasi mesajı vardır.

“Ermənistanın yalvararaq imzaladığı sülh müqaviləsinin şərtlərini yerinə yetirmir. Digər tərəfdən Rusiya və İran daxil olmaqla silahlanıb guya ki itirmiş “gücünü” bərpa etməyə çalışır. Bu hərəkətlər olduğu təqdirdə Azərbaycan Beynəlxalq hüquq çərçivəsində Ermənistana cavab verməlidir. Azərbaycan Müdafiə Nazirinin də dediyi kimi, Ermənistanİl bu davranışlarına davam edərsə şiddətlə misli ilə cavab veriləcəkdir”.

General qeyd etdi ki, artıq nə Azərbaycan, nə Türkiyə əvvəlki kimi deyil,daha güclüdür. Qafqazda Azərbaycan ordusunun gücü artıq tanınıb. Odur ki, iki ölkə arasında olan münasibətlərə dost dövlətlər sevinməli, düşmənlər isə, buna görə hərəkətlərinə yön verməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR