Sahibkarların ƏSAS PROBLEMLƏRİ:

“Sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi üçün hüquqi normativ baza mövcud olsa da, bir neçə digər problemlərin mövcudluğu sahibkarların inkişafına mane olur. Bunlardan birincisi inhisarçılıq mövqelərinin kifayət qədər yuxarı səviyyədə olmasıdır”.

Bu açıqlamanı Metbuat.az-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirdi ki, Respublikada elə inhisarlar var ki, təbii inhisarlardır. Bunların qalması zəruridir, yəni aradan götürmək və onların ləğvi ilə bağlı mübarizə metodu mümkün deyil. Belə inhisarların tənzimlənməsinin öz öz metodları var.


“İnhisarçılığın aradan qaldırılması, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması üçün ciddi addımlar atılmalıdır. Bunun üçün ilk növbədə Rəqabət Məcəlləsi qəbul edilməlidir. Uzunmüddətdir ki, Milli Məclisdə bu məcəllə qəbul edilmir. Mütləq şəkildə, məcəllə qəbul edilməli və bunun kağız üzərində qalmasın aimkan vermədən onun ciddi şəkildə icrası həyata keçirilməlidir. Düzdür, ölkədə biznesin inkişafı, sahibkarların müdafiə olunması üçün kifayət qədər normativ hüquqi baza mövcuddur. Qanunvericilikdə də kifayət qədər tənzimləyici prosedurlar var. Sadəcə olaraq icra mexanizmində problemlər ortaya çıxır. Nəticədə sahibkarlar yerlərdə bu və ya digər formada əngəllərə, təzyiqlər məruz qalır, bu və ya digər problemlərlər üzləşirlər. Bu isə ciddi şəkildə sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir”.


Sahibkarlıq sektorunda digər problermli məsələlərdən biri dövlət satınalmaları ilə bağlıdır. “Dövlət Satınalmaları haqqında” qanun çoxdan qəbul edilmiş olsa da kifayət qədər bu qanunda boşluqlar var. 2021-ci ilin may ayının 27-də qanununda dəyişikliklər olundu. Lakin yenə də satınalan təşkilatlara müəyyən səlahiyyətlərin verilməsi kimi məsələlər qalır ki, bu da dövlət satınalmaları zamanı, sifarişçi tərəflərə şəffaflığı və rəqabət mühitini pozmağa fürsətlər verir. Bəzən özlərinə yaxın olan, bəzi hallarda şəxsi təşəbbüsləri ilə yaratdıqları təsərrüfat subyetləri asanlıqla qalib gəlir. Bəzən də tenderdən qısa bir müddət əvvəl yaradılmış bir təsərrüfat subyekti bu tenderi udur, sonra da fəaliyyəti dayanırılır və s. kimi müxtəlif şübhəli hallar baş verir.

“Dövlət satınalmalarının vahid sistem üzərindən idarə edilməsi orada şəffaflığın təminatına çalışmaq, təkcə sahibkarlığın inkişafına deyil, eyni zamanda dövlət büdcəsinin vəsaitinin daha səmərəli və adekvat, eləcə də şəffaf hesabatlı şəkildə istifadə edilməsinə imkan yaratmış olur. Elə “Dövlət Satınalmaları haqqında” qanun qəbul olunarkən prosesin məğzində məqsəd o idi ki, kiçik və orta biznes təsərrüfat subyektlərinin iştirakının payı artsın. Biz bilirik ki, dövlət qurumlarının bəziləri tərəfindən kifayət qədər şişirdilmiş rəqəmlərdən istifadə olunur. Nəticədə, bəzi qurumlar bacardıqları qədər daha çox korrupsiya hallarına, yeyintilərə yol verirlər. Amma sahibkarlığın kiçik və orta biznes təsərrüfat subyektlərinin dövlət satınalmalarında iştirak payının artırılması, burada rəqabət mühitinin qurulması həm sahibkarlığın inkişafına töhfə verərək, həm də dövlət büdcəsi vəsaitlərinin daha şəffaf və səmərəli istifadəsinə imkan yaratmış olacaqdır”.

Ekspert vurğuladı ki, bu qanunun həyata keçirilməsində Azərbaycan qonşu Gürcüstan və Ukraynanın təcrübəsindən yararlana bilər.

“Ukraynanın “Dövlət Satınalmaları haqqında” qanun ilə bağlı göstəriciləri çox yüksəkdir. Ukrayna təcrübəsi daha üst səviyyədədir və bu təcrübənin Azərbaycanda tətbiqi ilə dövlət satınalmalarında son dərəcə yeni bir mexanizm yaradıla bilər. Nəticədə kiçik və orta biznes təsərrüfat subyektlərinin dövlət satınalmalarında iştirak payını artıraraq, həm büdcə vəsaitlərinin səmərəli istifadəsinə, həm də korrupsiyanın qarşısının alınmasına xidmət etmiş olmaq mümkündür. Eyni zamanda qanunun uğurlu icrası biznes təsərrüfat subyektlərinin özünün inkişafına gətirib çıxaracaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR