“Rahat” məhsulların saxlama qaydasını pozdu

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Rahat” supermarketdə araşdırmalar aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı toyuq məhsullarının saxlanıldığı vitrinlərdə saxlanma rejiminə riayət edilmədiyi müəyyən edilib.

Belə ki, məhsulun etiket məlumatlarına əsasən soyudulmuş toyuq məhsullarının saxlanma rejimi +2°C-də 5 gün qeyd olunduğu halda, ticarət şəbəkəsinin vitrinlərində məhsulların 12°C temperaturda saxlanıldığı aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində qida təhlükəsizliyi sahəsində texniki-normativ aktların tələbləri izah olunub və icrası məcburi göstərişlər verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR