Çin elektronika istehsalçısı "Xiaomi" müasir smartfonların bəzi xüsusiyyətlərinə sahib olan ağıllı eynəklərini təqdim edib.
Metbuat.az xəbər verir ki, bu barədə çərşənbə axşamı günü istehsalçının "YouTube" kanalında yayımlanan video təqdimatında məlumat verilib.
Eynəyin daxilində zəng etmək, bildirişlərə nəzarət, naviqasiya, kamera kimi imkanlar var. Bundan əlavə cihaz mətni xarici dildən tərcümə edə bilər. Eynəyin ölçüləri "düyü dənəsindən kiçik" olan MicroLED ekranı ilə təchiz olunmuşdur. Onun diaqonalı cəmi 0.13 düym (təxminən 3.3 mm) təşkil edir. Eyni zamanda, yüksək texnologiyalı linzalar sayəsində göz üçün daha geniş perspektiv açılır. Amma "Xiaomi"dən eynəklərin bazara girəcəyi tarix və qiymətləri haqqında məlumat verilməyib.