Ərəb şeyxləri üçün ağıllı sistem

Ərəb şeyxləri üçün ağıllı sistem
23:12 18 Yanvar 2015
103 İdman
Ölkə mətbuatı
A- A+

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı möhtəşəm stadionun tikintisi planlaşdırılır.
 
Milli.Az AzərTAc-a istinadən bildirir ki, stadionda oyunu 40 min tamaşaçı izləyə biləcək. Çempionatdan sonra isə stadionun yuxarı oturacaqlarının demontajı nəzərdə tutulur ki, bu da idman qurğusunun 25 min yerədək azaldılması deməkdir.
 
Layihəyə əsasən, tamaşaçı və oyunçuların komfort şəraitinin təmin olunması məqsədilə havanı sərinləşdirən “ağıllı” sistem tətbiq ediləcək. Bundan əlavə, obyektdə suyun təkrar istifadəsi üçün xüsusi qurğular quraşdırılacaq və günəş enerjisindən alternativ enerji mənbəyi kimi istifadə olunacaq.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/50500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR